Gürcüstan Bakıdan ən yaxın və ən rahat xarici istiqamətlərdən biridir. Tbilisinin köhnə şəhəri, kükürd hamamları, Narikala qalası və zəngin gürcü mətbəxi qısa həftəsonu səyahəti üçün idealdır. Qışda Bakuriani və Qudauri dağ kurortları xizək və Yeni il tətili üçün seçilir.
Aviashop Travel Tbilisi və Bakuriani turlarını aviabilet, otel və transferlə birlikdə təşkil edir.
Gürcüstan turları Bakıdan
Tez-tez verilən suallar
Gürcüstana viza lazımdır?
Xeyr, Azərbaycan vətəndaşları Gürcüstana vizasız səyahət edə bilər.
Bakuriani turu kimlər üçün uyğundur?
Qar və dağ havası sevən ailələr, başlanğıc səviyyəli xizəkçilər və Yeni ili sakit mühitdə qarşılamaq istəyənlər üçün.
Tbilisi turu neçə gündür?
Ən populyar variant 4 gecə / 5 gündür — şəhərin əsas yerlərini gəzmək və Mtsxetaya getmək üçün kifayətdir.