Aviashop Travel səyahəti sevən və müştərilərə qayğı göstərməyi bacaran insanlardan ibarət komandadır. Komandamız böyüdükcə yeni həmkarlar axtarırıq.
Hansı sahələrdə işləyirik
- Tur satışı və müştəri xidməti
- Aviabilet və otel bronlaşdırması
- Viza dəstəyi
- Qrup turlarının təşkili və bələdçilik
- Marketinq və sosial media
Kimləri axtarırıq
- Ünsiyyətcil, məsuliyyətli və öyrənməyə açıq insanları
- Turizm sahəsində təcrübəsi olanlara üstünlük verilir, lakin həvəsli yeni başlayanlara da şans veririk
- Xarici dil bilikləri (ingilis, rus, türk) üstünlükdür
Necə müraciət etmək olar
CV-nizi info@aviashop.az ünvanına göndərin və mövzuda maraqlandığınız sahəni qeyd edin. Uyğun vakansiya yarandıqda sizinlə əlaqə saxlayacağıq.