Avropa turları bir səyahətdə bir neçə ölkəni görmək imkanı verir. Budapeştin Dunay sahilləri və termal hamamları, Vyananın imperator sarayları və Milad bazarları, Praqanın orta əsr küçələri xüsusilə Yeni il dövründə nağılvari görünür.
Aviashop Travel Avropa turlarını aviabilet, otel, şəhərlərarası nəqliyyat və səhər yeməyi ilə təşkil edir, Şengen vizası üçün sənədlərin hazırlanmasında kömək edir.
Avropa turları Bakıdan
Tez-tez verilən suallar
Avropa turu üçün viza lazımdır?
Bəli, Şengen vizası tələb olunur. Sənədlərin hazırlanmasında kömək edirik — müraciəti ən azı 3–4 həftə əvvəl etmək tövsiyə olunur.
Şəhərlər arasında necə gedilir?
Avtobus və ya qatarla; nəqliyyat tur qiymətinə daxildir.
Yeni il turunda hava necə olur?
Soyuq olur (−3…+5°C), isti geyim götürmək lazımdır.