Office Address

Bakı şəhəri, Nəsimi rayonu, Rixard Zorge küçəsi 15 F

Phone

+994555925279

Email

info@aviashop.az

Haqqımızda

Home Haqqımızda

Aviashop Travel 2019-cu ildən etibarən Azərbaycanda fəaliyyət göstərən və yüksək keyfiyyətli turizm xidmətləri ilə tanınan etibarlı bir səyahət şirkətidir. Fəaliyyətə başladığımız gündən bəri əsas məqsədimiz müştərilərimizin təhlükəsiz, rahat və zövq alaraq səyahət etməsini təmin etmək olmuşdur. Hər bir səyahəti fərdi istəklərə uyğun şəkildə, peşəkarlıqla və yüksək dəqiqliklə planlayır, müştərilərimizə unudulmaz təcrübələr yaşadırıq.
Aviabiletlərin satışı, fərdi və qrup şəklində təşkil olunan xarici turlar, biznes səfərləri, müalicə paketləri, viza dəstəyi və rahat transfer xidmətləri kimi turizm xidmətlərimizlə həm fərdi, həm də korporativ müştərilərə xidmət göstəririk. Ailəniz və dostlarınızla istirahətinizi dəyərləndirmək, istənilən mövsümdə və istənilən istiqamətə fərdi turlar təşkil etdirmək üçün doğru ünvandasınız. Dünyanın məşhur otelləri və beynəlxalq turizm şirkətləri ilə birbaşa əməkdaşlıqlarımız sayəsində sizə sərfəli və keyfiyyətli seçimlər təklif edirik.

Confirm Cancel
Edit