Site Loader

COVID-19 pandemiyası dövründə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Həmin reyslərə aşağıdakı şəxslər buraxılır:

  • Azərbaycan vətəndaşları
  • Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  • Valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);
  • Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər, həmçinin sözügedən sərnişinlərin ailə üzvləri (valideynləri, əri, arvadı və ya 18 yaşınadək uşaqlar);

Yuxarıda göstərilən şəxslərin hər biri qeydiyyat zamanı uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19 dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir.

Həmçinin, yuxarıda qeyd olunan sərnişin kateqoriyalarına əlavə olaraq, Argentina, Avstraliya, Avstriya, Bəhreyn, Braziliya, Bruneya, Kamboca, Kanada, Çili, Çin, Kosta-Rika, El Salvador, Almaniya, Rusiya, Türkiyə, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı ,Yaponiya, Cənubi Koreya, Ekvador, Kuba, Küveyt, Qazaxıstan, Maldiv Respublikası, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç, Oman, Panama, Uruqvay və Yeni Zelandiya vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəşdaşlığı olmayan şəxslərin aşağıda müəyyən edilmiş şərtlərlə və Azərbaycan Respublikasının pasport və viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır:

  • Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVID-pasportu (tam vaksinasiya olunması (yalnız “J&J/Janssen və Sputnik Light” vaksinlərinin bir dozası), COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin) və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı, həmçinin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmaqla. COVID-pasportu, immun sertifikatı və ya COVID-19 peyvəndinə qarşı əks göstəriş sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalı və yalnız dövlət tərəfindən verilməlidir. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılacaq.
  • 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

admin

Leave a Reply

Your email address will not be published.

Recent Comments

No comments to show.

Categories