Site Loader

Əcnəbilərin, o cümlədən müvəqqəti yaşayış icazəsi olan şəxslərin və vətəndaşlığı olmayan şəxslərin Ukraynaya girişi:

  • Hansı ölkədən gəldiklərindən və yaşlarından asılı olmayaraq, bütün əcnəbilərdə Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (şəhadətnaməsi, sertifikatı) olmalıdır.
  • Həmçinin, aşağıdakı sənədlərdən birinə sahib olmaq:
    • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş peyvəndlərlə (Pfizer / BioNTech, Johnson & Johnson’s Janssen, AstraZeneca / Vaxzevria, AstraZeneca / Covishield (Hidistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna / Spikevax, Sinopharm (Vero Cell), CoronaVac (Sinovac)) peyvəndlənmə kursunun tamamlandığını təsdiqləyən sənəd; və ya
    • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş peyvənd siyahısına daxil edilmiş peyvəndlərlə peyvənd olunduğunu təsdiq edən xarici COVID-19 sertifikatı, COVID-19-a dair PCR-testin mənfi test nəticəsi və ya Avropa İttifaqının etibarlı şəbəkəsinin üzvü olan dövlətlərin səlahiyyətli müəssisələri və ya Ukraynanın COVID sertifikatlarının qarşılıqlı tanınması haqqında beynəlxalq müqavilələr bağladığı digər xarici dövlətlərin səlahiyyətli qurumları tərəfindən verilən şəxsin COVID-19-dan sağalması haqqında arayış; və ya
    • girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT, Ag) üçün sürətli testin mənfi nəticəsi; və ya
    • girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.

12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvədləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur.

12 yaşdan 18 yaşa qədər olan şəxslər yuxarıda göstərilən sənədlərdən birinə sahib olmalıdırlar, lakin “Vdoma” tətbiqini yükləməklə özünütəcriddən azaddırlar.

COVID-19 ilə bağlı anticismlər üçün testin keçirilməsi barədə arayış qəbul edilməyəcəkdir.

Vaksinasiya sertifikatı, COVİD-19-dan sağalmanı təsdiq edən sertifikat olduqda, xarici vətəndaşlar testin mənfi nəticəsi, “Vdoma” tətbiqini yükləmək, özünütəcrid şəraitində qalmaq və ya Ukraynada testdən keçmək tələb edilmir. Bu sənədlər olmadıqda xarici vətəndaş testin mənfi nəticəsinə malik olmalı, “Vdoma” tətbiqini yükləməlidir.

“Vdoma” tətbiqini yüklədikdən sonra sərnişin 72 saat ərzində PCR testindən və ya anticismlər üçün sürətli testdən keçməlidir. Neqativ nəticə əldə edildikdə, sərnişindən özünütəcrid tələb olunmur. Sərhədi keçdikdən sonra 72 saat ərzində testin neqativ nəticəsi alınmadığı təqdirdə, şəxs “Vdoma” tətbiqində avtorizasiya zamanı göstərdiyi yerdə 10 gün ərzində özünütəcrid şəraitində qalmalıdır. PCR testinin və ya anticismlər üçün sürətli testinin neqativ nəticəsi olduğu təqdirdə özünütəcrid vaxtından əvvəl dayandırıla bilər.

Vacibdir! Rusiya və ya Hindistandan ölkəyə daxil olan və son 14 günün 7 günündən çoxunu bu ölkələrdə keçirən peyvənd olunmamış Ukrayna vətəndaşları (müəyyən edilmiş istisnalar nəzərə alınmaqla), 14 gün ərzində özünütəcrid şəraitində qalmalıdırlar və özünütəcrid müddətindən yayınmaq və ya vaxtından əvvəl dayandırmaq üçün Ukraynada testdən keçə bilməyəcəklər.

“Vdoma” mobil tətbiqini yükləmək mümkün olmadıqda və ya imtina edildikdə, şəxsə dövlət sərhədini keçmək icazəsi verilməyəcək.

İstisna! Özünütəcriddən azaddır (“Vdoma” tətbiqi yüklənilmir):

  • 18 yaşa qədər olan şəxslər
  • 48 saat ərzində ölkədən çıxışını təsdiq edən sənədləri olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (20 sentyabr 2021-ci il tarixindən);
  • və s. özünütəcriddən azad edilmiş kateqoriyaların tam siyahısı ilə tanış ola bilərsiniz http://www.visitukraine.today

Vətəndaşların Ukraynaya qayıtması üçün testin mənfi nəticəsi tələb edilmir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə uçuşunuzdan əvvəl ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına və https://www.visitukraine.today saytına diqqət yetirməniz xahiş edilir.

admin

Leave a Reply

Your email address will not be published.

Recent Comments

No comments to show.

Categories